Avropa ölkələri üç il əvvəl Kiyevə verilən Amerika silahlarının məbləğini tam ödəməli idi.
Herbiand.az bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, həmçinin bildirib ki, Vaşinqtonla Avropa İttifaqı arasında saziş bağlanıb, ona əsasən, Avropa indi ABŞ-ın tədarük etdiyi bütün hərbi texnikanın dəyərinin 100%-ni ödəməyə borcludur: “Amma siz çoxdandır ki, belə sözlər eşitmirsiniz, çünki biz 350 milyard dollar sərmayə qoymuşuq, indi biz onu Avropaya göndəririk və Avropa ödəyir”.
Tramp qeyd edib ki, Vaşinqton bu silahları Avropa ölkələrinə göndərəcək, Aİ isə onları müttəfiqlər, o cümlədən Ukrayna arasında paylayacaq: “Belə bir sxem hələ 2022-ci ildə həyata keçirilməli idi”.
Bəxtiyar CƏFƏRLİ