AZ

Pivə içdi, cipsi gizlətdi – Nadir Qafarzadənin restoran qalmaqalı + VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə hazırda Monteneqroda istirahətdədir.

Yenisabah.az xəbər verir ki, sənətçi sosial media hesabında tətil zamanı çəkdiyi maraqlı görüntüləri paylaşıb.  Kadrlarda ifaçı bir restoranda pivə içərkən və özü ilə gətirdiyi cipsi masaya qoymağa çalışarkən görünür.

Belə ki, ifaçı bildirib ki, ofisiant ona cips paketinin masaya qoyulmasına icazə verməyib. Buna baxmayaraq, Nadir Qafarzadə paketi köynəyinin altına gizlədərək yeməyə başlayıb və sonda onu çıxarıb kartof fri olan qaba əlavə edib. Dördpendirli pizza

O, paylaşımında bildirib ki, əslində heç vaxt pivə içmir, lakin Monteneqroda bu qaydanı bir dəfəlik pozub. Sonda isə sənətçi kinayəli şəkildə deyib:

“Adam da pivə içər? Cipsi yeyər? Restorana gedər? Abır-həya qalmayıb e sizdə!”

Qeyd edək ki, sözügedən paylaşım sosial mediada maraqla qarşılanıb.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
89
2
yenisabah.az

3Mənbələr