ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Zığ yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 23-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA Sportage” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənərına çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb qadın sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.