AZ

Somali XİN: Üçtərəfli əməkdaşlıq regional sabitliyə töhfə verə bilər

BAKI. 24 iyul. TELEQRAF

"Somali və Türkiyə arasında geniş və çoxşaxəli əməkdaşlıq mövcuddur".

Teleqraf xəbər verir ki, bu fikirləri Somali xarici işlər və əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Bakıda xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfrasında bildirib.

“Bu əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və digər sahələri əhatə edir. Azərbaycan da Türkiyə və Somali ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Biz üçtərəfli əməkdaşlıq formatını dəstəkləyir və bu istiqamətdə qarşılıqlı faydalı təşəbbüsləri təşviq edirik. Belə əməkdaşlıq həm ikitərəfli, həm də regional səviyyədə sabitlik və inkişaf üçün mühüm töhfə verə bilər”,- o qeyd edib.

Seçilən
59
teleqraf.com

1Mənbələr