AZ

Tambovun keçmiş qubernatoru saxlanıldı

Tambov vilayətinin keçmiş qubernatoru Maksim Eqorov iyulun 24-də xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

XəzərNews.az Rusiya mediasına istinadla xəbər verir ki, Moskva və Tambovda axtarışlar aparılır və onun barəsində qabaqlayıcı tədbir görülməsi üçün paytaxta aparıla bilər.

Rus mediası Eqorovun energetika sektorunda və hökumətdəki karyerasından tutmuş qubernatorluq və istefaya qədər, eləcə də beynəlxalq sanksiyalara necə məruz qaldığı və saxlanmazdan əvvəl nəyə sahib olduğu barədə məlumatlar tirajlayır.

Xəbər 6 dəfə oxunub.
Seçilən
78
xezernews.az

1Mənbələr