"Biz dost Somali hökuməti ilə əlaqələrin genişləndirilməsi və dinamikasının gücləndirilməsini dəstəkləyirik".Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iyulun 24-də Bakıda Somali xarici işlər və əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə birgə keçirdiyi mətbuat konfrasında deyib. “Hər iki ölkə arasında həyata keçirilən səfərlər bunu nümayiş etdirir. Bu səfərlər zamanı müxtəlif istiqamətlər üzrə sənədlər imzalanıb”, - o qeyd edib.XİN rəhbəri bildirib ki, Somali İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib.Nazir vurğulayıb ki, Azərbaycan da öz növbəsində hər zaman Somalinin ərazi bütövlüyünü dəstəkləyir.