Litva, Latviya və Estoniyanın müdafiə nazirləri ABŞ-yə yola düşüblər.
Viral.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Dovile Şakalene bildirib.
Nazirlər ABŞ-nin müdafiə naziri Pit Heqsetlə danışıqlar aparacaqlar.
Son Yazılar:
- Bu ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək
- “Zəngəzur dəhlizi Azərbaycanın və Ermənistanın suveren işidir”- Peskov
- MİQ üzrə vakansiya seçiminə başlanıldı
Qeyd olunub ki, görüş zamanı regionda təhlükəsizliklə bağlı vəziyyət, ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq imkanları və Ukraynaya dəstək məsələsi müzakirə ediləcək. Görüşdə ABŞ qoşunlarının Avropada və Baltik ölkələri regionunda mövcudluğuna xüsusi diqqət yetiriləcək.