AZ

Dövlət və özəl banklar iqtisadiyyata kredit qoyuluşunu artırıb

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kreditqoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 30,188 milyardmanat təşkil edib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkəiqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 290milyon manat və ya 1%, 2024-cü ilin iyunun 1-nə nisbətən isə 3,7milyard manat və ya 13,9% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,4 milyard manatı dövlətbanklarının payına düşüb ki, bu da aylıq müqayisədə 84,9 milyonmanat və ya 1,2%, illik müqayisədə isə 956,9 milyon manat və ya14,8% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 20,980milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin mayın1-nə olan göstərici ilə müqayisədə 205,1 milyon manat və ya 1%,ötən illin iyunun 1-nə olan göstəriciyə nisbətən isə 2,3 milyardmanat və ya 12,1% çoxdur.

Bundan başqa, bu ilin iyunun 1-nə ölkə iqtisadiyyatına kreditqoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,802milyard manat olub ki, bu da, aylıq müqayisədə dəyişməz qalıb, ötənilin eyni dövrü ilə müqayisədə isə 462,2 milyon manat və ya 34,5%çoxdur.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kreditqoyuluşu ümumi kredit qoyuluşunun 24,5%-ni, özəl banklar tərəfindənkredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayankredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kreditqoyuluşunun 6%-ni təşkil edib.

Seçilən
47
az.trend.az

1Mənbələr