AZ

Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Zəfər parkında olub (FOTO)

Bakı. Trend:

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalqəməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Bakıdakı Zəfərparkını ziyarət edib.

Trend xəbərverir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsidüzülmüşdü.

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalqəməkdaşlıq naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyimisilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərinyaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflıməlumat verildi.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidentiİlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı iləparkın açılışı olub.

Somalinin
Somalinin
Somalinin
Somalinin
Somalinin
Seçilən
52
49
az.trend.az

10Mənbələr