AZ

Ukrayna Rusiyaya təsir etməyin yeni yolunu axtarır

Ukrayna

Ukrayna tezliklə Rusiya ərazisinə təsir edə biləcək silahlar alacaq.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın Xarici işlər naziri Yohan Vadeful deyib.

Lakin nazir Ukrayna Silahlı Qüvvələrinə veriləcək yeni silahların növünü və vaxtını açıqlamayıb.

Nazir qeyd edib ki, Ukraynaya yeni silahların tədarükü Ukrayna və Avropa silah zavodlarının mövcudluğu və istehsal imkanları ilə bağlıdır. Onun sözlərinə görə, Ukraynanın avropalı tərəfdaşları bu problemin həlli üzərində işləyirlər.

“Ukraynanın özünü hücumlardan müdafiə etmək hüququ var. Onun Rusiya ərazisinə də təsir etmək imkanı olacaq, lakin biz Putinə Ukraynaya hansı silah sistemləri verdiyimizi açıqlamayacağıq”, - Vadeful deyib.

Bundan əlavə, Vadeful qeyd edib ki, o, Putinin Ukraynaya hücumlarının güman edilən məntiqini anlamağa çalışmağı dayandırıb: “O, yalnız planının işləmədiyini başa düşəndə dayanacaq”.

ELÇİN
Seçilən
107
1
reyting.az

2Mənbələr