AZ

Bu universitet Trampa 200 milyon dollar ödəyəcək: Yəhudi tələbələrə görə

ABŞ-ın Kolumbiya Universiteti “yəhudi tələbələri müdafiə edə bilmədiyi” ittihamlarını qəbul edərək, prezident Donald Trampın administrasiyasına 200 milyon dollar ödəməyə razı olub.

Publika.az xəbər verir ki, bu barədə universitet rəhbərliyi bəyanat yayıb.

Açıqlamada Kolumbiyanın üç il ərzində hökumətə 200 milyon dollar ödəyəcəyi və 21 milyon dollar müqabilində ABŞ Bərabər Məşğulluq İmkanları Komissiyası (EEOC) tərəfindən aparılan araşdırmaya son qoymağa razılıq verildiyi bildirilib.

Razılaşmada qeyd olunub ki, Kolumbiya Universiteti tələbə və müəllimlərin işə qəbulu və qurum daxilində qərar qəbul etmə proseslərində müstəqilliyini bərpa edəcək. Bundan əlavə, Kolumbiya 2025-ci ilin martında ləğv edilmiş federal maliyyələşdirməsinin böyük əksəriyyətini geri ala biləcək.

Seçilən
77
publika.az

1Mənbələr