ain.az, Cebheinfo saytına istinadən bildirir.
“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazırdır”.
“Cebheinfo.az” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə deyib .
"Biz Bakı və İrəvanın müqaviləni mümkün qədər tez imzalamasını arzu edirik. Eyni zamanda, tələb olunarsa, bu prosesə hər hansı yardım göstərməyə hazırıq", - Kreml nümayəndəsi jurnalistlərlə söhbətində vurğulayıb.
Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edir. Onun görüşlər zamanı Zəngəzur dəhlizi və Azərbaycanla sülh müqaviləsi barədə də müzakirə aparacağı bildirilir.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər:
Rusiya sülh müqaviləsi Dmitri Peskov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.