AZ

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakı. Trend:

İyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasənyağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskinolacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanıntemperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +34dərəcədən +39 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı -755 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dənizsuyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı,Pirşağı, Nardaran, Bilgəh, Zağulbada +26 dərəcədən +27 dərəcəyədək,cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda +27 dərəcədən+28 dərəcəyədək olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuzkeçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabiryağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrıyerlərdə yağışın qısamüddətli leysan olacağı, dolu düşəcəyi, gecəvə səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalıvar.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə +23dərəcədən +27 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək,dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +22 dərəcədən+26 dərəcəyədək olacağı ehtimal edilir.

Seçilən
97
49
az.trend.az

10Mənbələr