Avtosfer saytına istinadən ain.az xəbər verir.
Bakıda kobud şəkildə qayda pozan sürücülər təhlükəyə səbəb olublar. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 11-də, paytaxtın Binə qəsəbəsi, Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki, 90-FG-072 qeydiyyat nişanlı "Toyota" markalı və 10-OT-403 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillərin sürücüləri svetoforun qırmızı işığının yanmasına baxmayaraq hərəkət ediblər. "Toyota"nın sürücüsü sonradan dayansa da, "Mercedes"in sürücüsü yüksək sürətlə yoluna davam edib. Görüntünü qeydə alan avtomobil bir neçə saniyə də tez hərəkət etsəydi dəhşətli qəza qaçılmaz olacaqdı.
Sözügedən videonu təqdim edirik.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.