Formula 1-də altıqat Qran-pri qalibi olan Rikkardo Patreze dördqat dünya çempionu, hazırda “Red Bull” komandasının üzvü olan Maks Verstappen haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, “Racingnews365” əfsanəvi pilotçunun dediklərini belə çatdırıb.
“Eşitdim ki, Maksın münasibətdə olduğu qızın qardaşı – Nelson Pike kiçik bir müsahibəsində bildirib ki, onun fikrincə, Maks gələn il ‘Mercedes’ə keçəcək. Şübhəsiz ki, ‘Red Bull’dakı texniki və təşkilati vəziyyət əvvəlki kimi deyil. Belə bir pilot üçün rəqabətədavamlı bolidsiz mövsüm keçirmək variant deyil”, – deyə Patreze bildirib.
Təcrübəli pilot Verstappenin bu mövsüm yalnız fərdi bacarıqları sayəsində uğur qazandığını vurğulayıb:
“Bu il o, təkcə öz istedadı ilə poul mövqeləri qazanır və bəzən Qran-priləri qazanır. Maks – mənim vaxtımda Mixael Şumaxer və Ayrton Sennada gördüyüm şeydir. Komandaları elit olmasa belə, onlar yenə də yarışlar uda bilir və bəzən çempionluq uğrunda mübarizə aparırdılar. Amma Maks kimi pilot üçün bu kifayət deyil. O, şübhəsiz ki, artıq hərəkətə keçməyin vaxtının çatdığını düşünür. Amma əgər ‘Mercedes’ə keçsə, orada nə baş verəcək – bu, artıq başqa məsələdir”, – deyə Patreze qeyd edib.
Xatırladaq ki, Maks Ferstappenin “Red Bull”la müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir. Lakin komandanın daxilində son dövrlərdə yaranan qeyri-sabitlik fonunda onun “Mercedes”ə mümkün transferi ilə bağlı iddialar artmaqda davam edir.