AZ

Paşinyan Rusiyada: Onu həyat yoldaşı və qızı müşayiət edir

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya iki günlük işgüzar səfərə gedib. Onu həyat yoldaşı Anna Akopyan və qızı müşayiət edir.

XəzərNews.az xəbər verir ki, Paşinyanın həyat yoldaşı artıq Facebook səhifəsində fotolar dərc edib. O, fotoların altında yazıb:

“Biz Baş naziri Rusiya Federasiyasının Altay Respublikasına işgüzar səfəri zamanı müşayiət edirik“.

Qeyd edək ki, Paşinyan Altay Respublikasında təbiət və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda iştirak edəcək.

Xəbər 2 dəfə oxunub.
Seçilən
132
1
xezernews.az

2Mənbələr