İyulun 25-də İstanbulda Tehran və Böyük Britaniya, Fransa və Almaniyadan ibarət "avroüçlüyü" ölkələri arasında İran nüvə proqramı ətrafında böhranın tənzimlənməsi məsələləri üzrə danışıqların yeni raundu da baş tutmalıdır...
Politoloq: “Söhbət Tehran, Moskva və Pekinin İranın nüvə proqramı ətrafında yekdil mövqe sərgiləməyindən gedir ki, bu da əslində yenilikdir və regionda yeni sitasiya formalaşdırır”.
“Tramp hər şeydən əvvəl Tehranın Vaşinqtonun tələblərini yerinə yetirməsini istəyir”.
Bu sözləri politoloq Samir Hümbətov Poliqona açıqlamasında deyib.
Bildiyimiz kimi, Tehranda İran, Rusiya və Çin nümayəndələrinin İranın nüvə proqramının müzakirəsilə bağlı üçtərəfli görüşü keçirilib. Maraqlıdır ki, 2 gün sonra, iyulun 25-də İstanbulda Tehran və Böyük Britaniya, Fransa və Almaniyadan ibarət "avroüçlüyü" ölkələri arasında İran nüvə proqramı ətrafında böhranın tənzimlənməsi məsələləri üzrə danışıqların yeni raundu da baş tutmalıdır.
Bəs, eyni mövzuda olan bu görüşlər niyə birlikdə deyil, ayrı-ayrılıqda təşkil olunur və İsrailin hücumundan sonra İran, Rusiya və Çin münasibətlərində strateji yaxınlaşma əslində nədən xəbər verir?
Mövzunu Poliqon-nun əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Hər bir halda birgə görüş nə İranın özü üçün sərfəlidir, nə də Çin və Rusiyanln maraqlarına cavab verir”.
İndiki halda həm İran, həm də digər tərəflərin bu məsələdə ayrı-ayrı görüşməyi daha üstün tutduqlarını nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, hər bir tərəfin öz mövqeyi və arqumentləri var:
“Daha öncə Tehranda İran, Rusiya və Çin nümayəndə heyətlərinin görüşü oldu. Bundan sonra isə Böyük Britaniya, Fransa və Almaniyanın görüşü öz-özlüyündə suallar doğurur. Çünki bundan əvvəl Avroüçkük nüvə müzakirələrinə başlmaq üçün İranı təhdid etmişdi. Görünür ki, Çin və Rusiya İrana müzakirələri başlatmağı məsləhət görüb. Bu da onu göstərir ki, İran və Çin, İran və Rusiya arasında strateji əməkdaşlıq var.
Düşünürəm ki, Çin və Rusiya İranı bu məsələ yalnız qoymaq istəmirlər. Böyük Britaniya, Fransa və Almaniya ilə görüş öncəsi bəzi məsləhətləşmələr aparılması da bununla bağlıdır. Yəni söhbət Tehran, Moskva və Pekinin İranın nüvə proqramı ətrafında yekdil mövqe sərgiləməyindən gedir ki, bu da əslində yenilikdir və regionda yeni sitasiya formalaşdırır. Nüvə müzakirələri çərçivəsində Tehranın özünə müttəfiqlər tapması isə İranın danışıqlar masasında əlini gücləndirir.
Yəqin ki, Tehran, Moskva və Pekin məsləhətləşmələrində arqument və kontur arqumentlərin nə olacağı barədə müzakirələr aparılıb və ümumi mövqe inşa edilib. Ya da buna cəhd olunub. Eyni zamanda Çinin və Rusiyanın dəstəyinin nə olacağı bilinməlidir. Qarşılığında İran onlara nə verəcək? Həmçinin Avropa ölkələri ilə görüşdə alınacaq qərarların bu görüşlə hansı formada koordinasiya ediləcəyi məsələlər də müzakirə mövzusu ola bilər.
Samir Hümbətov: “Avro üçlüklə İranın müzakirələrə başlaması daha çox kəşfiyyat xarakterlidir. Həm ABŞ, həm də İran qarşı tərəfin nə qədər güzəştə gedə biləcəyini aydınlaşdırmağa çalışırlar”.
Hər bir halda indiki şəraitdə Avroüçlüklə birgə görüş nə İranın özü üçün sərfəlidir, nə də Çin və Rusiyanın maraqlarına xidmət edur. Böyük ehtimalla, buna görə mümkün qədər çalışırlar ki, ayrılıqda görüşlər. Ola bilər, gələcəkdə, yeni növbəti raund danışıqları Çin, Rusiya, Almaniya, Böyük Britaniya, Fransa birlikdə aparsınlar.
Əslində, belə baxanda 2015-ci ildə İranla nüvə sazişi imzalamış 5+1 qrupu vardı. İnfi o qrupda bir ABŞ öz fəaliyyətini dayandırıb, qalanları isə həmin qrupda var və bu qrup öz fəaliyyətini bərpa edə bilər. Düşünürəm ki, danışıqların ilk raundları uğurlu olsa, ABŞ-də qrupa qayıda bilər. Yəni növbəti görüşlərdə də bu təşkil oluna bilər. İlkin mərhələdə ABŞ-nin 5+1 müzakirələrində iştirakını demək çətindir. Digər ölkələr isə qatıla bilər.
Amma indiki halda görünür ki, həm İran, həm də digər tərəflər bu məsələdə ayrı-ayrı görüşməyi daha üstün tutublar. Hər bir tərəfin fikri və arqumentləri var. Yəqin ki, bunun üçün birinci görüşü bu cür təşkil edirlər.
Müzakirələrin digər tərəfi isə ABŞ-dir və Tramp hər şeydən əvvəl Tehranın Vaşinqtonun tələblərini yerinə yetirməsini istəyir. Düşünürəm ki, Avro üçlüklə İranın müzakirələrə başlaması daha çox kəşfiyyat xarakterlidir. Həm ABŞ, həm də İran qarşı tərəfin nə qədər güzəştə gedə biləcəyini aydınlaşdırmağa çalışırlar”.
Nərminə Umudlu
Poliqon.info