AZ

Qırmızı işığı saymayan sürücülər; biri ölümcül təhlükə yaratdı- VİDEO

"Azərbaycan Prezidenti Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır".

Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov paylaşım edib.

Deputat bildirib ki, artıq gömrük rüsumlarını ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir:

"Əvvəl, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri etmişdi.

Gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin "istənilən maraqlı şəxs" kimi qeyri-müəyyən deyil, "məsul olan istənilən şəxs" kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq məcəllədə müvafiq dəyişikliklərin edilməsi ehtiyac duyuldu.

Bununla da, dəyişiklik gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu məcəllədə tutulmuş üsullardan yəni, girov, bank zəmanəti, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur".

Yeni dəyişikliklərlə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin olunacaq.

"Bütövlükdə, yeni dəyişikliklər ilə başqasının gömrük borcunu ödəmək daha mümkün olmayacaq. Bu qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq. Digər şəxslər ilə bağlı ödəniş qaydaları əvvəlki kimi saxlanılır", - deyə deputat qeyd edib.

Seçilən
20
avtosfer.az

1Mənbələr