Dünyanın ayrı-ayrı ölkələrində sürücülüklə bağlı maraqlı qaydalar mövcuddur. Məsələn, Kaliforniyada qadın gecə paltarında maşın sürə bilməz. Hüquqşünasların fikrincə, bu geyim kişiləri yoldan çıxarır.
Avtosfer.az xəbər verir ki, qəribə və sərt cəzalandırılan qaydalardan biri də Fransada mövcuddur. Maarifçilərin vətənində kişilər sinəsi açıq şəkildə maşın sürə bilər.
Qadınlarla bağlı vəziyyət isə tam fərqlidir. əgər qadın sinəsi tam açıq şəkildə avtomobil idarə edərsə, bu əməl yol hərəkəti qanunvericiliyi ilə deyil, cinayət qanunvericiliyi ilə tövsif olunur. Fransa Cinayət Məcəlləsinin 222-32-ci maddəsinə görə, bu əməl “ictimai yerdə cinsi açıq-saçılqıq” kimi qiymətləndirilərək 15 000 avro cərimə ilə cəzalandırılır.
Bəs sizcə, bu diskriminasiyadır, yoxsa diferensasiya?
Vüqar Yaşaroğlu