E.Cəfərlinin sözlərinə görə son illər sahibsiz heyvanlara münasibətdə ictimai şüurda müsbət dəyişikliklər baş verib: "Dəfələrlə müşahidə etmişəm, məhəllələrdə, həyətlərdə sahibsiz heyvanlar üçün plastik qablarda su qoyurlar. Bu, yaxşı haldır. İnsanlarda sahibsiz heyvanlara qayğı hissi güclənir. Unutmayaq ki, bu planeti heyvanlarla birgə bölüşürük. Onların da bizim kimi yaşamaq, sərvətlərdən faydalanmaq, nəsil artırmaq hüququ var. Onlar ekosistemin bir parçasıdır. Planetimizdə mövcud olan bütün növlər yaşamalı, çoxalmalıdır. Gəlin, heyvanları sevək, onları susuz, qidasız, sığınacaqsız qoymayaq".
Ekoloq din xadimlərinə müraciət edərək onları ekoloji təbliğata dəstək verməyə çağırıb: "Dini mətnlərdə deyilir ki, heyvanlar Allahın səssiz qullarıdır. Onlar indi danışmır, amma qiyamət günü danışacaq, çox əməllərə şahidlik edəcək. Yaxşı olar ki, din xadimləri cümə xütbələrində, sosial şəbəkələrdəki çıxışlarında heyvanlara qayğı ilə bağlı çağırış etsin. Bundan başqa tanınmış simalar vaxtaşırı sahibsiz heyvanlara qayğı aksiyaları keçirsinlər. Bu cür tədbirlər cəmiyyətdə ekoloji şüuru gücləndirəcək".
İBRAHİM MƏMMƏDLİ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31