AZ

Xudatda avtomobil yolunun ortasında ağaclar niyə saxlanılıb?

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Xudat şəhərində avtomoil yolunun ortasında olan ağaclar ciddi qəza təhlükəsi yaradır. 

AzPost bildirir ki, bununla bağlı qəribə görüntülər sosial şəbəkədə yayılıb.

Avtomobil yolu genişləndirilərkən orada olan iki ağacı kəsməyiblər. Yolun ortasında qalmış iki ağac sürücülər üçün ciddi təhlükə yaradır. Bu vəziyyət xüsusilə gecə saatlarında qorxulu vəziyyət yaradır.

Yolda nə bir xəbərdarlıq nişanı qoyulub, nə də hər hansı təhlükəsizlik tədbiri görülüb. Heç bir işıqlandırma və qoruyucu baryer olmayan bu ağaclar, yol hərəkəti üçün real təhlükəyə çevrilib.

https://azpost.info/wp-content/uploads/2025/07/AQPaCoyexnuKrTPWKHAS06IDlqycqPN0LqBXzub3A77NPCflx0-IB0W_TCcNa3csTfr8A94f5Mh6oAGKMDFlhWpyCohI6wW2_r5EwfzY0-FV2w.mp4

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
azpost.info

1Mənbələr