AZ

"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...


Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası iyulun 24-də Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın II və III cildinin təqdimatını keçirib.Quba şəhidlərinin ailə üzvlərinin, yaxınlarının, rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimində şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri şair - publisist Rəfail Tağızadə açaraq bildirib ki, Xatirə Kitabışəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər görür, kitablar nəşr edir. "Şəhidlər bir evin deyil vətənin övladlarıdır. Onlar Vətən torpağını qanla suvarıblar" - deyə o, vurğulayıb.

Quba rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiriAsif Şirinov çıxış edərək şəhidlərimizin şücaətidən danışıb və bildirib ki, biz ömrü boyu şəhidlərin ruhuna borcluyuq.
Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov çıxışında qeyd etdi ki, hər birimizin borcu şəhidlərin xatirəsini yaşatmaqdır.
44 günlük Vətən müharibəsi şəhidi leytenant Səttər Piriyevin anası Ofeliya Piriyeva vəşəhid Mehdi Murtuzovun atası Muxtar Murtuzov çıxış edərək şəhid oğulların xatirəsinin əbədiləşdirilməsi üçün gördüyü misilsiz işlərə görə Xatirə Kitabı Redaksiyasına təşəkkürlərini bildirbilər.
Sonra Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nazaket Mammadova çıxışında Respublika Xatirə Kitabının gördüyü işlər barədə məlumat verib.
N. Məmmədova qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir".
N. Məmmədova bildirib ki, rəhbərlik etdiyi redaksiyanın üzərinə çox böyük bir vəzifə, məsuliyyət düşür.
N. Məmmədova vurğulayıb ki, bu
missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir.
Tədbirdə qeyd olunub ki, Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.
Tədbirdə həmçinin qeyd edilib ki, eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci,2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild çapa hazırdır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.Redaksiyanın hazırladığı «Qələbə - 75 və Qələbə 80: Azərbaycan xalqının mübarizə əzmi» kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada Faşizm üzərində qələbənin əhəmiyyəti geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.
Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.
Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır. Sonda "44 gün – Tarixi zəfər” kitabı şəhid ailələrinə təqdim edilib.
Tədbirdən geniş yazını növbəti sayımızda təqdim edəcəyik.
İradə SARIYEVA
Quba

Seçilən
97
1
baki-xeber.com

2Mənbələr