AZ

Conni Depplə Ancelina Colinin gizli görüşdüyü ortaya çıxıb

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Məşhur Hollivud aktyoru Conni Depp həmkarı Ancelina Coli ilə gizli görüşməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Radar Online" məlumat yayıb.

Mənbə iddia edir ki, onlar Londonda və Los-Ancelesdə bir araya gəliblər və heç kimin bundan xəbəri olmayıb.

"Hər ikisi çox təmkinlidir və diqqətdən kənarda qalmağı bacarır. Cütlük dəbdəbəli restoranlarda və sakit klubların qapalı otaqlarında görüşür və özlərini sakit aparırlar. Onların münasibətləri uzun illərdir ki, flirt səviyyəsində olub", - deyə məlumatda qeyd olunur.

Həmçinin qeyd olunur ki, Conni Depp uzun illərdir ki, aktrisaya məftundur, öz növbəsində Ancelina Coli də yeni sevgilisinə biganə deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
2
oxu.az

3Mənbələr