AZ

Paşinyan Kremllə Zəngəzur dəhlizinə dair danışıqları gizli aparacaq

Yazını böyüt
Yazını kiçilt

Ermənistan mediasının məlumatına əsasən, ölkənin hakim partiyasında baş nazir Nikol Paşinyanın Rusiya hakimiyyəti ilə Zəngəzur dəhlizi ilə bağlı danışıqları gizli aparacağını düşünürlər.

Hafta.az-ın yazdığına görə, erməni mediası yazır ki, bu, Amerikanın təşəbbüsüdür və görünür, tərəflər bununla razıdırlar. Digər təfərrüatlar açıqlanmayıb.

Paşinyanın Moskvaya sonuncu səfəri mayın 8-də baş tutub və o, Böyük Vətən Müharibəsində qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edib.

Ermənistanın baş naziri Rusiyaya iki günlük səfərə gedib. Yayılmış bəyanata əsasən, Paşinyan Rusiyanın Altay Respublikasında təbiətin və ətraf mühitin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Seçilən
54
hafta.az

1Mənbələr