Bakı. Trend:
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsullarının istehsalıvə emalı məqsədilə tikinti obyektlərinin inşasına vəquraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilənrəylərin əhatə dairəsinin müəyyən edilməsi haqqında fərmanimzalayıb.
Trend xəbərverir ki, fərmana əsasən, kənd təsərrüfatı məhsullarının istehsalıvə emalı məqsədilə tikinti obyektlərinin (bundan sonra – tikintiobyekti) inşasına və quraşdırılmasına tikintiyə icazə icraatıçərçivəsində verilən rəylərin əhatə dairəsi Azərbaycan RespublikasıPrezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə vətikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 3.5.1-ciyarımbəndi nəzərə alınmaqla aşağıdakı kimi müəyyən edilib:
tikinti obyektinin torpaq sahəsində torpaqların keyfiyyətgöstəricilərinə uyğun yerləşdirilməsi və həmin torpaq sahəsindədigər tikililər mövcud olduğu halda təmərküzləşmə prinsipininnəzərə alınması;
tikinti obyektinin bəyan edilən kənd təsərrüfatı fəaliyyəti üçünistifadəyə yararlılığının qiymətləndirilməsi.
Tikintiyə icazə verən orqan tikintiyə icazə icraatı zamanı hərbir tikinti obyektinin funksional təyinatı və xüsusiyyətləri nəzərəalınmaqla, bu Fərmana və Azərbaycan Respublikası Şəhərsalma vəTikinti Məcəlləsinə uyğun olaraq, rəy verməsi zəruri hesab edilənaidiyyəti qurumlara sorğu göndərilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəligələn məsələləri həll etməlidir.