AZ

“Nə etdiyini bilmir”: ABŞ müdafiə naziri istefaya çağırılır

“Nə

Pentaqonun bir sıra yüksək və orta vəzifəli rəsmiləri ABŞ müdafiə naziri Pit Hegsetin istefasını tələb edən müraciət hazırlayırlar. Bu barədə Daily Mail mənbələrə istinadən xəbər yayıb.Məlumata görə, məktubun qaralamaları artıq may ayından bəri hərbi rəhbərlik və mülki qulluqçular arasında dövr edir. Mənbənin sözlərinə görə, bu sənədlərdə belə qeyd olunur:“Amerika ictimaiyyəti bilməlidir ki, bu adam nə etdiyini bilmir.”Nəşrdə qeyd olunur ki, bəzi Pentaqon rəsmiləri Pit Hegseti müdafiə naziri postuna yararsız elan etməyə çalışırlar.Məktubda qərarların qəbul olunmasında siyasi təsirlərin artması, nazirliyin ümumi iş mexanizminin pozulması, mənəvi ruh yüksəkliyinin aşağı olması və Hegsetin “fərqli fikirləri boğmaq obsesiyası” səbəbilə yaranan paranoyak mühit tənqid olunur.Ulusum.az

Diqqət Çəkənlər

Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin

Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir

Diz ağrısının səbəbi yalnız travma deyil

Seçilən
45
ulusum.az

1Mənbələr