AZ

Şəmkirdə 30 yaşlı kişini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB-1

Şəmkirdə 30 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən rayon sakini 1993-cü il təvəllüdlü Samir Quliyev polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, rayonun Dəllər Daşbulaq kənd sakini 1993-cü il təvəllüdlü Samir Quliyev münaqişə zəminində Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Cabbar Həsənova bıçaqla xəsarət yetirib.

***

22.52

Şəmkir rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi detalları açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir Şərif oğlu münaqişə zəminində Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Həsənov Cabbar Füzuli oğlunu bıçaqlayaraq ona xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

TƏBİB-dən bildirilib ki, 23.07.2025-ci il, 20:20 radələrində xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Bildirilib ki, başın arxa nahiyəsinin deşilmiş yarası, sol bazunun yuxarı 1/3-nin deşilmiş yarası, döş qəfəsinin sol yan hissəsinin deşilmiş yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.

***

***
21:36

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, insident rayon ərazisində qeydə alınıb.

İki nəfər arasında yaranan mübahisə zamanı 1995-ci il təvəllüdlü C.Həsənov bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Seçilən
19
1
apa.az

2Mənbələr