AZ

"Milan" tarixində ilk dəfə ekvadorlu futbolçu transfer etdi

BAKI, 24 iyul. TELEQRAF

İtaliyanın "Milan" klubu İngiltərə "Brayton"unun futbolçusu Pervis Estupinyanı transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "rossoneri" ilə 5 illik müqavilə bağlayıb.

Estupinyan "Milan" tarixinin ilk ekvadorlu futbolçusudur.

London təmsilçisi bu keçiddən 17 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Pervis Estupinyan 2022-ci ildən "Brayton"da çıxış edirdi. O, Ekvador millisində iştirak etdiyi 48 oyunda 5 qolla yadda qalıb.

Seçilən
98
teleqraf.com

1Mənbələr