AZ

Türkiyənin Azərbaycandakı səfiri Naxçıvana səfər edib

İyulun 24-də Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Naxçıvana səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Sonra səfir Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatından və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub.

Səfər çərçivəsində Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında Ana abidəsi və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları ziyarət edilib, üzərinə tər güllər qoyulub. Ardınca Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi də ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Seçilən
98
azerbaijan-news.az

1Mənbələr