AZ

“Tesla”nın xalis mənfəəti 16% azalıb

Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla” ikinci rübdə öz gəlirini və xalis mənfəətini azaldıb.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu, şirkətin səhmdarlara təqdimatında yer alıb.

Təqdimata əsasən, 2025-ci ilin aprel-iyun aylarında onun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalaraq 1,17 milyard dollar və ya hər səhm üçün 0,33 dollar təşkil edib.

Birdəfəlik amillər nəzərə alınmadan qazanc hər səhm üçün 0,4 dollar təşkil edib ki, bu da LSEG tərəfindən sorğu edilən ekspertlərin bir səhm üçün 0,43 dollar səviyyəsində konsensus proqnozundan daha pis olub.

“Tesla”nın rüblük gəliri analitiklərin orta hesabla 22,74 milyard dollar proqnozu ilə müqayisədə 12% azalaraq 22,45 milyard dollar olub.

Şirkətin avtomobil seqmentində gəliri 16% azalaraq 16,6 milyard dollara, elektrik enerjisinin istehsalı və saxlanması seqmentində isə 7% azalaraq 2,79 milyard dollara düşüb. İkinci rübdə elektrik avtomobillərinin tədarükü illik müqayisədə 13% azalaraq 384 122 ədəd olub.

Asim

Seçilən
62
icma.az

1Mənbələr