AZ

Rusiya: Putin-Tramp xəbərlərinə cavab

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsi sədrinin birinci müavini Svetlana Jurova “Lenta.ru”ya açıqlamasında bildirib. O, Qərbdə səsləndirilən və guya Putinin Tramp ilə münasibətlərin alınmamasına görə qəzəbli olduğu yönündəki fikirləri şərh edərək belə deyib:

“Elə bil, nə təhqiramiz, nə də açıq-aşkar təxribatçı bir şey deməyiblər, amma oxuyan insanlarda xoşagəlməz bir təəssürat qalır – guya prezidentlər arasında olan müsbət siqnallar artıq tükənib. Doğrudan da, bir çoxları onların münasibətlərinin inkişafını izləyirdi. Hətta onların bir-birinə qonaq gedəcəyi, şəxsi görüşlər keçirəcəyi ilə bağlı versiyalar səsləndirilirdi. Amma mən əminəm ki, onların arasında sadəcə işgüzar münasibətlər olub və elə qalır.” – deyə Jurova vurğulayıb.

Seçilən
50
Ajans.az

1Mənbələr