AZ

Azərbaycandan İsveçrəyə qeyri-neft ixracı 150 mln. dolları ötüb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan İsveçrəyə 151 milyon 495 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə və ya 89.8 milyon ABŞ dolları çoxdur.

Hesabat dövründə İsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracının 8.6%- bərabər olub. Beləliklə, İsveçrə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində Azərbaycanla İsveçrənin ümumi ticarət dövriyyəsi 377 milyon 218 min ABŞ dolları təşkil edib ki, bunun 205 milyon 353.5 min ABŞ dolları Azərbaycandan ixrac, 171 miyon 864.7 min ABŞ dolları isə İsvecrədən idxal təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar -iyun ayları ərzində Azərbaycaycanın xarici ticarət dövriyyəsi 24.4 milyard ABŞ dolları, qeyri neft ixracı isə 1.8 milyard ABŞ dolları təşkil edib.

Seçilən
42
2
apa.az

3Mənbələr