AZ

“Hyundai Motor”un ikinci rübdəki gəliri rekord həddə çatıb

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor Co” şirkəti avtomobil satışlarının artması hesabına ikinci rübdə rekord gəlir əldə edib.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Açıqlamaya görə, 2025-ci ilin aprel-iyun aylarında şirkətin gəliri illik müqayisədə 7,3% artaraq 35 milyard dollar)təşkil edib.

Son rübdə “Hyundai” 1 066 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 0,8% çoxdur. Şimali Amerikada satışlar 3,3%, Cənubi Amerikada 6,6%, Avropada 2,6%, Cənubi Koreyada 1,5%, Yaxın Şərq və Afrikada 10,2% artıb. Hindistanda satışlar 11,5%, Çində 12,6%, Asiya-Sakit okean regionunda isə 4,1% azalıb.

Asim

Seçilən
52
icma.az

1Mənbələr