Kolumbiya Universiteti ABŞ prezidenti Donald Trampın administrasiyası ilə razılığa gəldiyini açıqlayıb. Universitet ümumilikdə 221 milyon dollar ödəyəcək və bundan sonra ona qarşı “ayrı-seçkiliyə qarşı araşdırma” dayandırılacaq və hökumətin maliyyəsi bərpa olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Qeyd edək ki, bu ilin əvvəlində Donald Tramp Kolumbiya Universiteti də daxil olmaqla bir sıra universitetlərdən qəbul siyasətini və fakültəni tənzimləməyi, həmçinin Ağ Evin dövlət siyasəti ilə bağlı fikirlərinə riayət etməyi tələb edib.