Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılıb.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:
doktorantura səviyyəsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;
ali təhsil müəssisələrində:
magistratura səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;
bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
orta ixtisas təhsili müəssisələrində:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat;
peşə təhsili müəssisələrində:
- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat;
- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat;
- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat.