AZ

Təl Əviv Türkiyənin Eurofighter döyüş təyyarələri almasını narahatlıqla izləyir

Missiya.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Türkiyənin Böyük Britaniya ilə tam miqyaslı anlaşma memorandumu imzaladıqdan sonra "Eurofighter Typhoon" döyüş təyyarəsi alması Təl-Əvivdə narahatlıq yaradıb və yaxından izlənilir". 

Missiya.Az xəbər verir ki, bu barədə məlumat İsrail mətbuatı məlumat yayıb. 

"Bu, Türkiyənin bölgədə İsrailin hərbi üstünlüyünə meydan oxuyacaq şəkildə silahlanmasını sürətləndirdiyinin açıq və narahatlıq doğuran göstəricisidir", - İsrail rəsmisi bildirib. 

Hesabatda "Eurofighter"in dünyanın ən qabaqcıl dördüncü nəsil döyüş təyyarələri arasında yer aldığı vurğulanıb və təyyarənin Türkiyənin əməliyyat çevikliyini və regional çəkindiriciliyini əhəmiyyətli dərəcədə artıracağı qeyd edilib.

Zərintac Mayisqızı 

Missiya.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
91
1
missiya.az

2Mənbələr