“ABŞ və İsrail rejimi Qərbi Asiya regionunda region ölkələrinə qarşı fərdi və ya birgə vəhşiliklərin əsasını qoyub”.
Bakues.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi deyib.
O, ABŞ-ni və İsrail rejimini beynəlxalq hüquqi nizamın dağılmasında və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin aşınmasında rolunu pisləyib.
“Vaşinqton və Təl-Əvivin öldürücü regional hərbi avantürizm aktları beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdiddir”, – diplomat qeyd edib.
Asim