AZ

Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər - ABŞ-nin keçmiş səfiri

Bakı. Trend:

Azərbaycan və İsrail arasındakı münasibətlər müəyyən mənadalazımınca qiymətləndirilmir.

Trend xəbər verirki, bunu ABŞ-nin İsraildəki keçmiş səfiri Deniel B. Şapiro ABŞSenatının beynəlxalq münasibətlər üzrə komitəsində Yaxın Şərqməsələləri üzrə dinləmələrdə etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, Bakı ilə İsrail arasında əlaqələr ABŞ-ninvasitəçiliyi ilə 2020-ci ildə irəli sürülmüş diplomatik təşəbbüsolan İbrahim Sazişlərindən xeyli əvvəl qurulub.

“Azərbaycanla İsrail arasında artıq uzun illərdir ki, diplomatikmünasibətlər mövcuddur. Azərbaycan bunu (bu əlaqələri) İbrahimSazişlərindən əvvəl qurmuş azsaylı müsəlman ölkələrindən biridir”,– deyə Şapiro vurğulayıb.

Azərbaycanın coğrafi və geosiyasi mövqeyindən danışan sabiqdiplomat onun regional təhlükəsizliyin və enerji sabitliyinin təminolunmasında mühüm rol oynadığını qeyd edib.

“Regiona və təhdidlərə yaxınlığı sayəsində, o təhdidlərə ki,İsrail də İran tərəfindən onlarla üzləşir - Azərbaycan bu ölkə(İsrail - red.) üçün təhlükəsizlik sahəsində tərəfdaşa çevrilib.Bu, enerji resursları hesabına da mümkün olub. Həmçinin, Azərbaycandünyada eyni vaxtda həm Rusiya, həm də İranla həmsərhəd olan yeganəölkədir. Ona görə də onun strateji əhəmiyyətini yüksəkqiymətləndirməmək mümkün deyil”, – deyə Şapiro bildirib.

Təhlükəsizlik və enerji məsələləri ilə yanaşı, ŞapiroAzərbaycanın İsraillə müsəlman dünyası arasında mədəni vasitəçi vəkörpü rolunu oynamaq qabiliyyətini də qeyd edib.

“Azərbaycan mühüm mədəni potensiala malikdir ki, bu da İsraillədigər ərəb və müsəlman ölkələri, o cümlədən, bəzi Mərkəzi Asiyadövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə xidmət edə bilər”, –deyə o əlavə edib.

Şapironun fikrincə, Bakı daha geniş regional əməkdaşlıqformatlarında fəal rol oynaya bilər.

“Biz belə regional platformaların – bəlkə də, Avropa İttifaqımodelinə və ya ASEAN kimi təşkilatlara bənzər formatların – YaxınŞərq ölkələrinin iştirakı ilə genişləndirilməsi imkanlarınımüzakirə etmişik. Azərbaycan isə, şübhəsiz, belə birliklərin birhissəsi ola bilər”, – deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
26
5
az.trend.az

6Mənbələr