AZ

“Petrokub” – “Sabah” matçında anşlaq olacaq?

“Sabah” bu gün səfərdə Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində Moldovanın “Petrokub” komandası ilə üz-üzə gələcək.

Matç 10 min 500 azarkeş tutumuna malik “Stadionul Zimbru” arenasında keçiriləcək. Əldə etdiyimiz məlumata görə, oyuna maraq elə də yüksək deyil.

Qarşılaşmaya hələlik 4 minə yaxın bilet satılıb. Matç saatına qədər bu rəqəmin artacağı gözlənilsə də, stadionun tamamən dolacağı inandırıcı görünmür.

Qeyd edək ki, “Petrokub” – “Sabah” görüşü bu gün saat 21:00-da start götürəcək.

İdmanxeber.az

Seçilən
27
1
idmanxeber.az

2Mənbələr