İyulun 23-də saat 17:30 radələrində 2 nəfər (biri qadın, biri kişi cinsli) Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1966-cı il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin deşilmiş yaraları, 1986-cı il təvəllüdlü şəxsə isə (qadın cinsli) qarının epiqastral nahiyəsinin kəsilmiş-deşilmiş və bədənin çoxsaylı deşilmiş yaraları diaqnozu təyin olunub.
Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərildikdən sonra onlar Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Gülcahan Məmmədova
***
10.01
Neftçala rayon sakini arvadına və qayınatasına xəsarət yetirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Fərid Bağırov qayınatası Hüseyn Əhmədova küçədə, arvadı Əfsanə Bağırovaya isə yaşadığı evdə vintaçanla xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.