AZ

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

Musab Məmmədtağıyev Avropa birinciliyində 2 qızıl 1 gümüş medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyi davam edir. İkinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U 15 kateqoriyasında mübarizəyə qoşulub. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb. Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.
Təbrik edirik!

Seçilən
31
14
report.az

10Mənbələr