İtaliyanın “Milan” klubu sol cinah müdafiəçisi Pervis Estupinyanı transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Saziş 2030-cu ilin ortalarına qədər qüvvədə olacaq.
Ekvadorlu futbolçu "Milan"da 2 nömrəli formanı geyinəcək. Estupinyan son üç mövsümü İngiltərənin "Braytton" klubunda keçirib. İtaliya mətbuatının yazdığına görə, bu transfer “rossoneri”yə 17 milyon avroya başa gəlib.
Qeyd edək ki, “Milan” ötən mövsüm A Seriyasını 8-ci pillədə tamamlayıb və növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazana bilməyib. Yeni mövsümün birinci turunda Stefano Piolinin komandası “Kremoneze” ilə qarşılaşacaq.