Ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımov bundan sonra Birinci Liqa təmsilçisi “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qasımovla 1+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Emil Qasımov karyerası ərzində “Sabah”, “Şamaxı” və “Kəpəz” kimi klubların da formasını geyinib. 25 yaşlı hücumçu ötən mövsüm Birinci Liqada 15 qolla ən məhsuldar ikinici futbolçu olub.
“Səbail” daha öncə kapitanı Yusif Nəbiyevlə yeni müqavilə imzalandığını açıqlamışdı. Paytaxt klubu həmçinin “Neftçi”dən ayrılmış Rəhman Hacıyevi və “Kəpəz”dən Nicat Süleymanovu heyətinə qatıb.