“Football-plus.az” komandanın son durumu, matç üçün satılan biletlərin sayı və stadionun qarşılaşma üçün hazır vəziyyətə gətirilib-gətirilmədiyini öyrənmək məqsədilə “qırmızı-ağlar”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdi:
“Stadionun vəziyyəti qənaətbəxşdi. İşlər plana uyğun gedib. Tələblər yerinə yetirilib. Oyun üçün hazırıq. Bilet satışı davam edir. Dünən 120, ümumilikdə isə 700 bilet satılıb. Dəvətnamələr də paylanılıb. Heyətdə itki yoxdu. Düzdü, mikrozədələri olan futbolçular var. Amma baş məşqçimiz Elmar Baxşıyev həmin oyunçuların adlarının açıqlanmasını məqsədəuyğun saymır”.
Xatırladaq ki, “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.KƏNAN BAHADIR