Çin Avropa İttifaqının (Aİ) üzləşdiyi problemlərin mənbəyi deyil.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Çin prezidenti Xi Jinping deyib.
Çin liderinin sözlərinə görə, Çin və Aİ arasında fundamental maraqlar və ya geosiyasi münaqişə yoxdur.
Xi Jinping bəyan edib ki, Çin harmoniya, tolerantlıq, əməkdaşlıq və qarşılıqlı faydalı inkişafı müdafiə edən dinc ölkədir. O, həmçinin əlavə edib ki, Çin və Avropa “həqiqətən fərqlidir”, lakin onların tarixi fərqləri ikitərəfli münasibətlərin inkişafına mane olmamalıdır.
Qeyd edək ki, Si Cinpin iyulun 24-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kostanı qəbul edib. Görüşün Pekində baş tutduğu bildirilir, lakin əlavə məlumat verilməyib.
//Gülnarə Abasova, Editor.az