Bakı. Trend:
Kiprdə baş alan meşə yanğınları havaların qızmar keçməsi vəşiddətli küləklərin təsiri ilə daha da kəskinləşib. Artıq ikinəfərin həyatını itirdiyi bildirilir.
Trend ölkəninyerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ada dövlətin gücstrukturları məlumat yayıb.
Məlumata görə, yanğın zonasında mülki müdafiə xidmətininəməkdaşları yanaraq tam məhv olmuş avtomobilin içindən iki insanınyanmış qalıqlarını aşkarlayıb.
Lofu kəndində bir neçə ev yanaraq kül olub. Avtobusla səyahətedən 36 nəfər “alov mühasirəsinə” düşsələr də, xilasedicilər onlarıtəhlükəsiz zonaya təxliyə edə bilib.