AZ

Şəhid Məzahir Kərimovun yas mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunun Çarxı kəndində Birinci Qarabağ müharibəsindəşəhidlik zirvəsinə ucalan Məzahir Kərimovun yas mərasimikeçirilib.

Trend xəbərverir ki, şəhidimizin bir vaxtlar böyüyüb boya-başa çatdığı evdətəşkil olunan mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıElnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatınınsədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının,idarə, təşkilat və müəssisə rəhbərləri və ictimayyət nümayəndələriiştirak edib.

Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı Qələbədən,tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedəndöyüşlərdə əsgərlərin göstərdiyi qəhrəmanlıq və şücaətnümunələrindən danışıb.

Qeyd edilib ki, 1994-cü ilin yanvar ayında Kəlbəcər rayonuuğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Məzahir Kərimovdaim vətənini, xalqını sevən qəhrəman oğullardan olub. 31 il sonraşəhidimizin nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb, 18iyul 2025-ci il tarixində Usta Cəlilli kənd qəbristanlığında dəfnedilib.

Məzahir Kərimovun yaxınları göstərilən yüksək diqqət və qayğıyagörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Seçilən
88
az.trend.az

1Mənbələr