Bu ilin yanvar-iyun ayları ərzində ölkənin sığorta bazarı üzrə 817,048 milyon manat sığorta haqları yığılıb ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 12,7 faiz üstələyir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk 6 ayına nisbətdə 21,4 faiz artaraq 432,198 milyon manat təşkil edib.