Amerika Silahlı Qüvvələri iyunun 14-də Vaşinqtonda ABŞ Quru Qoşunlarının yaradılmasının 250 illiyi münasibətilə keçirilən hərbi paradın keçirilməsinə təxminən 30 milyon dollar xərcləyib.
Bakues.az “The Hill” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, ordu festivalı və paradının ümumi dəyəri təxminən 30 milyon dollar olub:
“Hərbi paradda təxminən 6500 amerikalı hərbçi və 150-yə yaxın müxtəlif döyüş texnikası, o cümlədən M1 Abrams tankları, Bradley zirehli texnikası və Stryker zirehli personal daşıyıcısı iştirak edib. Onun hava komponentinə AH-64 Apache, UH-60 Black Hawk və CH-47 Chinook helikopterləri, həmçinin B-17 Flying Fortress və Douglas C-47 təyyarələri daxildir. Vaşinqtonda keçirilən paradı on minlərlə insan izləyib”.
Səlahiyyətlilər baryerlər quraraq ABŞ prezidenti Donald Trampın ad günündə paradın keçirildiyi yerə yaxınlaşan hər kəsi yoxlayıb.
Asim