Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Bakıda saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi ikitərəfli münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım ola bilər.
"Bakı tərəfindən saxlanılan rusiyalıların azad olunması, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətlərinin normallaşması üçün mühüm jest olardı," - deyə Mariya Zaxarova qeyd edib.
Zaxarova eyni zamanda bildirib ki, Moskva vəziyyəti diqqətlə izləyir və Azərbaycan tərəfi ilə dialoqu davam etdirir. Onun bu açıqlaması son günlər ictimai rəydə müzakirə edilən Rusiya vətəndaşlarının Azərbaycanda saxlanması hadisələrinə cavab kimi qiymətləndirilir.
Qeyd edək ki, son günlər Rusiya mətbuatı və sosial şəbəkələrdə Azərbaycan hüquq-mühafizə orqanlarının rusiyalı bəzi şəxsləri saxlaması ilə bağlı xəbərlər yayılıb. Rəsmi Bakı bu məsələ ilə bağlı hələlik geniş açıqlama verməyib.
Mariya Zaxarovanın bu bəyanatı Moskvanın gərginliyi azaltmaq niyyətində olduğunu göstərsə də, məsələnin necə həll ediləcəyi hələlik məlum deyil.